“Barselona”nın hücumçusu Ferran Torres Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Antverpen”lə oyunda məğlubiyyətdən (3:2) sonra klubun baş məşqçisi Xavi Ernandesə dəstək verib.
23 yaşlı futbolçu qeyd edib ki, futbolçular baş məşqçinin arxasındadırlar.
“Biz məşqçini və onun ideyasını sonuna qədər dəstəkləyirik. Məşqçini tənqid etmək asandır, amma meydanda olanlar futbolçulardır.
“Barselona”ya təzyiq varmı? Bizi məhv etməyə, əsəbiləşdirməyə çalışırlar, amma bundan sonra vəziyyəti dəyişdirəcəyik. Kənarda həmişə səs-küy çox olur, amma biz bununla yaşamalıyıq”, – deyə F.Torres vurğulayıb.
Mənbə: Sport.es
www.icra-hakimiyyeti.az