Rusiyada əlverişsiz hava şəraiti gözlənilməz hadisə ilə nəticələnib. Belə ki, güclü külək içində sərnişinlər olan avtobusu xəndəyə aşırıb.
Qorxunc hadisə Krasnoyarsk diyarında baş verib.
Qəza zamanı salonda 15 sərnişin olub. Xilasedicilər onları avtobusun lyukundan çıxarıblar. Onlar ilkin müayinədən sonra evlərinə buraxılıblar.
Mənbə: Vesti.ru
www.icra-hakimiyyeti.az