“Heydər Əliyev İli” çərçivəsində Sabunçu rayon Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş məktəbin inzibati binasında, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-illiyi ilə əlaqədar 84 saylı Kəlbəcər rayon tam orta məktəbin təşəbbüsü və təşkilatçılığı ilə “Heydər Əliyev və Müasir Azərbaycan ” adlı tədbir keçrilib.
Tədbirdə millət vəkli Aqil Məmmədov, Yeni Azərbaycan Partiyasının Veteranlar şurasının üzvü Şahlar Əsgərov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin məsləhətçisi Cəmilə Mirzəyeva, Azərbaycan Vətən Müharibəsi Veteran-ları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, 84 saylı Kəlbəcər rayon orta məktəbin direktor Həqiqət Məmişova, Mərkəzi İcra Hakimiyyəti orqanlarında çalışan Kəlbəcərli gənclər, müəllimlər, Qazilər, Veteranlar, Ali təhsil məktəbin tələbələri iştirak etiblər.
İlk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib. Daha sonra Ulu Öndərin həyət və yaradıcılığından bəhs edən video çarxa baxış keçirilib.
Tədbiri giriş sözü ilə açan 84 saylı Kəlbəcər rayon tam orta məktəbin direktor Həqiqət Məmişova tədbirdə iştirak edən qonaqları salamlayaraq, Ulu Öndərin yaşadığı mənalı ömür yolundan söhbət açıb.
Tədbirdə çıxış edən Millət vəkli Aqil Məmmədov, YAP Veteranlar şurasının üzvü Şahlar Əsgərov və digər natiqlər Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olan, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş, hər bir azərbaycanlı üçün vətənpərvərlik nümunəsinin rəmzinə çevrilmiş Ulu öndər Heydər Əliyevin ömür yolundan, müstəsna xidmətlərindən və eyni zamanda Cənab prezident İlham Əliyevin 20 illik fəaliyyəti dönəmindən, Ulu öndərin siyasətini uğurla davam etdirməsindən, Azərbaycanın son zamanlar əldə etdiyi uğurlardan ətraflı söhbət açdılar.
Tədbirin sonunda məktəb şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.
www.icra-hakimiyyeti.az