HƏMAS Qəzza zolağında 126 israilli və 11 əcnəbi olmaqla 137 nəfəri girov saxlamağa davam edir.
Bu barədə İsrail hökumətinin rəsmi nümayəndəsi Eylon Levi xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“HƏMAS-ın İsrail xalqına qarşı döyüşləri bərpa etdiyi tarixdə (dekabrın 1-i səhər saatlarında) hərəkat əsir götürülən 137 nəfəri girov saxlamağa davam edir. Bunlar 126 israilli və 11 əcnəbidir”, – deyə o Eylon Levi bildirib.
Onun sözlərinə görə, girovlar arasında 4 yaş və 10 aylıq iki uşaq var ki, HƏMAS bu uşaqların öldüklərini deyir. Levi qeyd edib ki, hazırda Qəzzada saxlanılan 137 girovdan 20-si qadındır. Həmçinin HƏMAS-ın əlində olan əcnəbilər arasında səkkiz Tailand, bir Nepal, bir Tanzaniya, Fransa və Meksikanın ikili vətəndaşlığına malik şəxsin olduğunu açıqlayıb.
Levi əlavə edib ki, Qəzza zolağında oktyabrın 7-də İsrailə hücumdan əvvəl HƏMAS tərəfindən əsir götürülən 4 nəfər də var.
İsrail Nazirlər Kabinetinin nümayəndəsi bildirib ki, noyabrın 24-dən dekabrın 1-dək davam edən döyüş fasiləsi zamanı İsrailin HƏMAS-a hərbi təzyiqi sayəsində 110 oğurlanan insan Qəzza zolağından azad edilib. “Onlardan 86-sı israilli, 24-ü isə əcnəbidir”, – deyə o əlavə edib.
Mənbə: TASS
www.icra-hakimiyyeti.az