İsrail qırıcısı Livanda “Hizbullah” təşkilatının hərbi obyektinə hücum edib.
Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.
“SAXAL-ın qırıcısı Livanda “Hizbullah”ın hərbi obyektinə zərbə endirib. Bundan əlavə, İsrail ordusu Livanda bir neçə bölgədə təhlükənin qarşısını almaq üçün atəş açıb”, – deyə məlumatda bildirilir.
Mətbuat xidməti qeyd edib ki, bir müddət əvvəl Livandan İsrailin şimalındakı Avivim, Marqaliot və Ərəb əl-Aramşe bölgələri istiqamətində bir neçə zərbə (raket və mərmi) qeydə alınıb.
“SAXAL atəş açılan yerə artilleriya və tank atəşi ilə cavab verib”, – deyə hərbçilər əlavə ediblər.
Mənbə: TASS
www.icra-hakimiyyeti.az