“Qalatasaray”ın türkiyəli futbolçusu Kerem Aktürkoğlunun qolu UEFA Çempionlar Liqasında “Həftənin qolu” seçilib.
UEFA Çempionlar Liqasının A qrupu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray”a “Mançester Yunayted”lə oyunun 71-ci dəqiqəsində 3:3 hesablı bərabərlik gətirən Kerem Aktürkoğlunun qolu “Həftənin qolu” nominasiyasında qalib olub.
Bu barədə UEFA paylaşım edib.
Paylaşımda Aktürkoğlunun qolunun həftənin qoluna namizəd olan 4 qol arasında birinci olduğu bildirilib.
🇹🇷 Kerem Aktürkoğlu 👏👏👏#UCLGOTW | @Heineken pic.twitter.com/STZwrIJ6sX
— UEFA Champions League (@ChampionsLeague) December 1, 2023
Xatırladaq ki, UEFA-nın “Həftənin qolu” üzrə müəyyən etdiyi 4 namizəddən 2-si “Qalatasaray”-“Mançester Yunayted” matçında qeydə alınıb. “Mançester Yunayted”in matçda ikinci qolunu vuran Bruno Fernandesin qolu da həftənin 2-ci ən gözəl qolu seçilib.
Mənbə: Haber Global
www.icra-hakimiyyeti.az