Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin hazırkı mərhələsi başlayandan bəri İordan çayının qərb sahilində 4,6 mindən çox fələstinli İsrail hərbçiləri tərəfindən saxlanılıb.
Bu barədə Fələstin mətbuatı məlumat yayıb.
Verilən məlumata görə, həbslərin əksəriyyəti (mindən çox insan) Hebron şəhərində baş verib.
Qeyd edək ki, İsrail hakimiyyəti Qəzza zolağında həbs edilən fələstinlilərin sayı barədə hələlik heç bir açıqlama verməyib.
Mənbə: WAFA
www.icra-hakimiyyeti.az