Növbədənkənar prezident seçkisi: YAP İdarə Heyəti toplanacaq

Siyasət


“Növbədənkənar prezident seçkisi ilə əlaqədar Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin təqvim planını hazırlayırıq. Yaxın günlərdə bu haqda məlumat veriləcək”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, YAP-ın son qurultayında partiyanın yeni Nizamnaməsi təsdiq olunub.

YAP rəsmisi qeyd ki, həmin Nizamnamə ilə prezidentliyə namizədin irəli sürülməsi məsələsi İdarə Heyətinə həvalə olunub.

“İdarə Heyətinin iclasında bu məsələ ilə bağlı qərar qəbul olunacaq”, – deyə Tahir Budaqov bildirib.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

Aqil Vəlili

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir