Qərbi Azərbaycan İcması Ermənistandan separatçı ünsürlərin fəaliyyətinə imkan verməməyi tələb edib

Siyasət


Qərbi Azərbaycan İcması Qarabağdakı keçmiş qanunsuz rejimin qondarma qurumu “dirçəltməyə” çalışması ilə bağlı bəyanat yayıb.

Oxu.Az xəbər verir ki, İcmanın bəyanatında deyilir:

“Özünü “dağlıq qarabağ respublikası” adlandırmış və tarixin zibil qutusuna atılmış qanunsuz rejimin Ermənistanda olan tör-töküntülərinin qondarma qurumu “dirçəltməyə” çalışmaları haqqında məlumat yayılıb.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən aqressiv separatçı ünsürlərin fəaliyyətinə imkan verməməyi və Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıdışına şərait yaratmağı tələb edir”.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir