Rusiyada Tümen-Adler qatarı ilə hərəkət edən sərnişinlər arasında kütləvi zəhərlənmə halı qeydə alınıb.
Məlumata görə, qatarda 125 nəfər yeniyetmə olub.
Zəhərlənən uşaqlardan 30-u uşaq xəstəxanaya yerləşdirilib.
Lakin onlardan birinin – 12 yaşlı yeniyetmə qızın həyatını xilas etmək mümkün olmayıb.
Artıq Rusiya İstintaq Komitəsi və Rusiya Baş Prokurorluğu araşdırmalara başlayıb.
Mənbə: “112” “Telegram” kanalı
www.icra-hakimiyyeti.az