Bu gün 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Bayramov Samir Elxan oğlunun üçüncü ildönümü ilə əlaqədar yas mərasimində iştirak edilib.
Şəhidin ildönümü mərasimində Millət vəkili Aqil Məmmədovun köməkçisi Zahir Əliyev, Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Kəlbəcər rayonunun İmamı Mirxalid Ağayev, qazilərmiz, şəhidin ailə üzvləri, yaxınları iştirak ediblər.
Mərasimdə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
Şəhid Bayramov Samirin ailə üzvləri ilə görüşlüb onlara dərin hüznlə başsağlığı verlib. Bildirilib ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimiz dərin ehtiramla yad edilir, onların əziz xatirəsi daim uca tutulur.
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək ehtiram və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin !
www.icra-hakimiyyeti.az