Növbədənkənar prezident seçkisi ilə əlaqədar çap olunacaq seçki bülletenlərin sayı açıqlanıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qeyd edilib.
Bildirilib ki, 2024-cü il növbədənkənar prezident seçkisi ilə əlaqədar 6 milyon 524 min 203 seçki bülleteni çap ediləcək.
Komissiyanın sədr müavini Rövzət Qasımovun sözlərinə görə, seçki bülletenlərində namizədlərin soyadı, adı, atasının adı əlifba sırası ilə göstəriləcək.
Aysel Aslan
www.icra-hakimiyyeti.az