Serbiyada parlament seçkisində Aleksandar Vuçiçin partiyası qalib gəlir

Dünya


Serbiya Prezidenti Aleksandar Vuçiç dekabrın 17-də baş tutan növbədənkənar parlament seçkisində qalib gəldiklərini açıqlayıb.

Seçki bülletenlərinin təxminən 50%-nin emalından sonra hakim Serbiya Proqressiv Partiyasının 46,2, müxalif “Serbiya zorakılığa qarşı” partiyasının isə 23,2% səs topladığı açıqlanıb.

“Bu, qəti qələbədir və məni çox sevindirir”, – ilkin proqnozlardan sonra Aleksandar Vuçiç deyib.

Serbiyanın xarici işlər naziri İvitsa Daçiçin partiyası isə hələlik 6,7% səslə üçüncü yerdə qərarlaşıb.

Mənbə: Reuters

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir