Nəsimi rayonu, Azadlıq prospekti ilə Dilarə Əliyeva küçəsinin kəsişməsindəki yolda məhdudiyyət tətbiq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, buna səbəb qeyd olunan prospekt ilə kəsişmədən Puşkin küçəsi ilə kəsişməyə qədər yolda təmir işlərinin aparılmasıdır.
www.icra-hakimiyyeti.az