“Son zamanlar qızılca ilə bağlı yoluxmalar mövcuddur. Əsasən uşaqlar arasında çox rast gəlinsə də, böyüklər arasında da müşahidə edilir”.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova nazirliyin rəsmi “Instagram” səhifəsindəki canlı yayımda respirator viruslar haqqında danışarkən deyib.
O bildirib ki, xəstəlik özünü üç mərhələdə büruzə verir:
“Boğaz ağrıları, öskürək, hərarətlə başlayır. Daha sonra xırda ölçülü səpgilər peyda olur. Boyun nahiyəsindən başlayan səpgilər mərhələli şəkildə bədənə yayılır. Bu dövr 4-5 gün davam edir və solmağa başlayır. Səpgilərin rəngi qırmızıdan qəhvəyi rəngə doğru gedir və qabıqlama başlayır. Bu dövrdən sonra uşaqlar artıq yoluxucu riski daşımır”.
Könül Cəfərli
www.icra-hakimiyyeti.az