Ümummilli Lider Heydər Əliyevin 100 Illik Yubileyinə Həsr Edilmiş Tədbirdə Deputat Jalə Əhmədova Iştirak Edib

Baş səhifə

Dekabrın 5-də Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti) tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbirdə deputat Jalə Əhmədova və Kamal Cəfərov iştirak edib.

Yüksək səviyyədə təşkil olunmuş tədbirdə çıxış edərək bildirib ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin ən unudulmaz səhifələri Ulu Öndərin adı ilə bağlıdır. Belə ki, Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətləri olan Ümummilli Liderimiz Heydər Əliyevin imzaladığı Sərəncama əsasən yaradılmış Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti müstəqilliyimizin və dövlətçiliyimizin qorunmasında hər zaman qüsursuz xidmət nümayiş etdirmiş, dövlət başçısına, Vətəninə, xalqına sədaqətlə və şərəflə xidmət etmişdir.
Həmçinin Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında igidlik və qəhrəmanlıq nümunələri nümayiş etdirməsindən, Milli Qvardiyanın Alay komandiri Əfqan Hüseynovun göstərdiyi igidliyə görə Milli Qəhrəman adına layiq görülməsindən danışıb. Çıxışın sonunda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin bütün şəxsi heyətinə və hərbi qulluqçularına məsuliyyətli və şərəfli xidmətlərində uğurlar arzulayıb.

Böyük qürur hissi ilə onu da qeyd edib ki, deputat mandatı qazanmamışdan öncə mən də Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı olmuşam və hazırda ehtiyatda olan zabitəm.
Xüsusi Dövlət Mühafizə Xidməti birbaşa

Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissə olub və 16 mart 2020-ci ildə dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən ləğv edilərək əvəzində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti yaradılıb.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir