YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirovun partiya üzvləri və sakinlərlə görüşü davam edir. YAP Kəlbəcər Rayon təşkilatının sədri Həbib Misirovun 30 noyabr 2023-cü il tarixdə Gəncə şəhəri Gülüstan qəsəbəsi Mirzə Şəfi Vazeh ünvanında partiya üzvləri və sakinlərlə növbəti görüşü keçirilib. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bilditfi ki, Azərbaycan xalqının taleyi və uğurları dahi şəxsiyyət Heydər Əliyevin adı və ideyaları ilə bağlıdır. Onun xidməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin ən böyük uğurlarından biri Azərbaycanı iqtisadi cəhətdən qüdrətli, yüksək siyasi nüfuza malik dövlətə çevirməsi və Qarabağı düşmən işğalından azad edərək ərazi bütövlüyünün bərpasıdır. Bu gün hər kəs müharibədən sonra Qarabağda və Şərqi Zəngəzurda başlayan quruculuq işlərini böyük ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə ilə izləyir.
Kəlbəcər rayon 1 saylı orta məktəbin direktoru, YAP Kəlbəcər rayon Ərazi Partiya təşkilatının sədri Nazim Qafarov çıxış edərək bildirdi ki, qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması regionda yeni vəziyyət yaradıb. Ümummilli Lider Heydər Əliyevin qurduğu müstəqil, güclü Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi və praqmatik uğurlu siyasəti ilə bu gün regional və qlobal miqyasda aparıcı mövqeyə yüksəlib.
Fənarə Hüseyinova, Gülüşən Nəsirova, Mamed Qarayev və digər çıxış edənlər bildirdilər ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun Vətən Müharibəsində qürurla daşıdığı uca bayrağımız bu gün ölkəmizin bütövləşmiş sərhədləri boyu dalğalanmaqdadır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan çoxşaxəli və irimiqyaslı bərpa-quruculuq işləri artıq geniş vüsət almışdır.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.Görüş zamanı sakinlərin arzu və istəkləri dinlənildi,onları narahat edən məsələlərin bəziləri yerində həll edilmiş, digərlərinin aradan qaldırılması məqsədilə aidiyyəti üzrə müvafiq qurumlara müraciətlər edilmişdir.
www.icra-hakimiyyeti.az