Yanvarın 21-də Abxaziyanın Suxumi şəhərində rəsm qalereyasında yanğın baş verib.
Bu barədə Abxaziya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
4 000-ə yaxın rəsm əsəri yanıb.
“Saat 04:00 radələrində Mərkəzi Sərgi zalının binası yanıb, saat 07:00-da yanğın lokallaşdırılıb”, – deyə idarədən bildirilib.
Əməliyyat xidmətləri yanğının qonşu binalara, o cümlədən Abxaziya və Rusiya teatrlarına keçməsinin qarşısını alıblar. Versiyalardan birinə görə, yanğına səbəb naqillərdə nasazlığın olmasıdır.
“Hər şeyin yandığını deyə bilərik”, – deyə Mədəniyyət nazirinin səlahiyyətlərini icra edən Dinara Smır bildirib.
O, əlavə edib ki, bu, Abxaziyanın milli mədəniyyəti üçün bərpa olunmaz itkidir.
Qeyd edək ki, XIX-XX əsrlərdə Abxaziya və Rusiya rəssamlarının 4 000-dən çox rəsm əsəri yandırılıb.
Bəzi rəsmləri yanğından xilas etmək mümkün olub və onları yanmış muzeydən çıxarıblar.
Mənbə: octagon.media
www.icra-hakimiyyeti.az