Ağdaşda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib

Cəmiyyət


Ağdaş rayon sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri qanunsuz saxladıqları iki ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir