Almaniya Rusiya ilə NATO arasında 2025-ci ilin yayında başlaya biləcək müharibəyə hazırlaşır.
Bu barədə Almaniyanın “Bild nəşri” Bundesverin məxfi sənədinə istinadən yazıb.
Almaniya Müdafiə Nazirliyinin təqdim etdiyi ssenariyə görə, artıq 2024-cü ilin fevralında eskalasiyanın başlanmasını gözləmək olar. Bu zaman Rusiyanın Ukraynaya aktiv şəkildə hücumu ola bilər və gələcəkdə bu hücumun daha da genişlənməsi mümkündür.
“Bundesverin məxfi sənədinə əsasən, “X” günündə, NATO Baş Komandanı şərq cinahına 300 min əsgərin, o cümlədən 30 min Bundesver əsgərinin yerləşdirilməsi ilə bağlı əmr verəcək”, – deyə materialda bildirilib.
Toqquşmanın baş verə biləcəyi ən çox ehtimal olunan yer kimi isə Belarus və Kalininqrad vilayəti arasında yerləşən Suvalki dəhlizi olaraq göstərilir. Eyni zamanda yazı müəllifləri hipotetik toqquşmanın necə bitəcəyi ilə bağlı hər hansı fikir bildirməyiblər.
www.icra-hakimiyyeti.az