Bakının Binəqədi rayonunda 37 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report” xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb.
1987-ci il təvəllüdlü Hənifə Telman qızı Novruzova yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona gicgah sümüyünün basılmış sınığı diaqnozu qoyulub.
Fakt araşdırılır.
www.icra-hakimiyyeti.az