Belarusda çay üzərindəki körpü uçdu: Nəqliyyat vasitəsi suya düşdü – VİDEO

Dünya


Belarusun Lida rayonunda Neman çayı üzərindən keçən və istismarda olmayan körpünün bir hissəsi uçub.

Bu barədə Belarus Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.  

Nəticədə körpünün Tosino kəndi yaxınlığındakı hissəsi qismən dağılıb. Körpünün demontajını həyata keçirən iki fəhlə xəsarət alıb, həmçinin ekskavator içində sürücü ilə birlikdə suya düşüb.

“Xilasedicilər tərəfindən xəsarət alan iki nəfər və ekskavator sürücüsü hadisə yerindən çıxarılıblar”, – deyə nazirlikdən bildirilib.

Hazırda yaralılar tibb müəssisəsindədirlər. Baş vermiş hadisənin səbəbləri araşdırılır.

Mənbə: “Sputnik” Belarus

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir