Türkiyənin “Qalatasaray” klubu Berkan Kutlunun yenidən komandaya qoşulduğunu bildirib.
Bununla bağlı komanda sosial şəbəkə hesabında məlumat yayıb.
Avqustun sonunda 250 min avroya müvəqqəti transfer qarşılığında “Cenoa” klubu tərəfindən icarəyə götürülən 25 yaşlı yarımmüdafiəçi İtaliya A Seriyasında 6, İtaliya Kubokunda isə 2 matçda oynayıb.
Qeyd edək ki, “Cenoa” təcrübəli futbolçununun komandasına qoşulması üçün 5 milyon avro (təxminən 9,3 milyon manat – red.) ödəyib.
📸 Yuvasına dönen Berkan Kutlu, takımımızla antrenmana çıktı. 💛❤️#GSvKYS pic.twitter.com/HSUTlHCkFy
— Galatasaray SK (@GalatasaraySK) January 12, 2024
Mənbə: Anadolu Ajansı
www.icra-hakimiyyeti.az