Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin bu gün Brüsseldə keçiriləcək iclasında digər məsələlərlə yanaşı, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunacaq.
Bu barədə Avropanın yüksəkrütbəli mənbəsindən məlumat verilib.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel mövzu ilə bağlı təqdimatla çıxış edəcək.
Bundan başqa, nazirlər Ukraynaya uzunmüddətli hərbi və iqtisadi yardım, Fələstin-İsrail münaqişəsi, Aİ-nin Qırmızı dənizdəki missiyası və Rusiyaya qarşı 13-cü sanksiyalar paketini müzakirə edəcəklər.
Mənbə: RİA Novosti
www.icra-hakimiyyeti.az