Cəlilabadda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.
Belə ki, minik avtomobilinin maneyə çırpılması nəticəsində, rayon sakini, 1990-cı il təvəllüdlü S.Əliyeva müxtəlif bədən xəsarətləri alıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
www.icra-hakimiyyeti.az