Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda bir nəfərin xəstəxanaya aparılması zərurətinin yaranması, qarlı-buzlu hava şəraiti ilə əlaqədar həkim briqadasına müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Xilasedicilər xüsusi vasitələrin köməkliyi ilə 1954-cü il təvəllüdlü Ş.Əliyevi fərdi yaşayış evinin həyətinə endirərək təcili tibbi yardım briqadasına təhvil verib.
www.icra-hakimiyyeti.az