Fransada yaşayan azərbaycanlılar etiraz aksiyası keçirirlər.
“Report”un Fransa bürosu xəbər verir ki, bu ölkədəki Azərbaycan icması Fransanın Evian le Ba (Evian-les-Bains) şəhərində, 19-cu əsrin böyük Azərbaycan şairəsi Xurşudbanu Natəvanın heykəlinin qarşısına toplaşıb.
Avropa Azərbaycanlıları Koordinasiya Şurası və Avropa Azərbaycanlıları Konqresinin təşkil etdiyi bu toplantının məqsədi bu heykələ qarşı son zamanlar həyata keçirilən vandalizm aktlarına qarşı etiraz etməkdir.
Fransa azərbaycanlıları bu etiraz aksiyası ilə Natəvanın heykəlinin, onun simvolik mənası, Azərbaycan icması üçün mənəvi dəyərini Fransa ictimaiyyətinin, mediasının diqqətinə çatdırır.
Nümayiş yerli hakimiyyət orqanlarının icazəsi ilə keçirilir.
Etiraz aksiyasina Fransanın və Avropanın müxtəlif şəhərlərində Paris, Strasburq, Berlin, Cenevrədə yaşayan azərbaycanlılar toplaşıblar.
Əraziyə təhkükəsizliyi təmin etmək üçün polislər cəlb ediliblər.
www.icra-hakimiyyeti.az