İran silahlı qüvvələri “Ceyş əz-Zolm” terror qruplaşmasının Pakistanda yerləşən iki qərargahına hücum edib.
Məlumata görə, zərbələri endirmək üçün dron və raketlərdən istifadə edilib.
Əməliyyatın digər təfərrüatları barədə məlumat verilmir.
Xatırladaq ki, yanvarın 10-na keçən gecə “Ceyş əl-Zolm” terrorçuları İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində nəzarət-buraxılış məntəqəsinə hücum ediblər və nəticədə bir polis əməkdaşı həlak olub. Qrup əvvəllər də İran-Pakistan sərhədində törədilən terror aktlarına, eləcə də İran sərhəd xidmətinin əməkdaşlarına hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.
Mənbə: TASS
www.icra-hakimiyyeti.az