İranda həbs edilən iki jurnalist zaminə buraxıldı – VİDEO

Dünya


İranda “Qadın, həyat, azadlıq” etirazlarında həbs edilən iki jurnalist zaminə buraxılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, İranda əxlaq polisinin hicaba görə vəhşicəsinə qətlə yetirdiyi Məhsa Əmininin ölümü ilə bağlı etiraz aksiyalarında həbs edilən Nilufər Həmidi və İlahə Məhəmmədinin hər biri 10 milyard tümən (405 min manat) girov müqabilində azadlığa buraxılıb.

Hər iki məhbus 17 ay müddətində Tehrandakı Evin zindanında saxlanılıb.

Qeyd olunub ki, hər iki jurnalistin ölkəni tərk etməsinə qadağa qoyulub.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir