11 yaşlı İslamın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Ülviyyə Qurbanova məlumat verib.
O bildirib ki, övladı anadangəlmə kriptorxizm (enməmiş testis anlayışı ilə sinonim olub, xayanın xayalıqda olmadığı bütün hallar) xəstəliyindən əziyyət çəkir.
“İslamın 11 yaşı var, o illərdir kriptorxizm xəstəliyindən əziyyət çəkir. O, bir neçə il öncə bu xəstəliyə görə əməliyyat keçirsə də, əməliyyat uğursuz nəticələnib. 3 ay öncə övladımın şiddətli ağrılarına görə onu həkimə apardıq. Həkimlər onun xayalarının yerində olmadığını dedilər. Hazırda o, yenidən əməliyyat olunmalıdır. Bunun üçün isə 3 200 manata ehtiyacımız var. İnanın, bu əməliyyatı qarşılamağa imkanımız yoxdur. Özümüz kirayədə yaşayırıq, yoldaşım isə fəhlə işləyir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (051) 866-99-90.
Uni Bank: 5243 7544 4069 4592.
www.icra-hakimiyyeti.az