Kəlbəcər ziyalıları, ağsaqqalları ilə görüş keçirilib

Sosial Tədbirlər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Gəncə şəhərində yaşayan Kəlbəcər ziyalıları, ağsaqqalları ilə görüş keçirilib.

Görüşdə Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcər ziyalıları, ağsaqqalları iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra cənab prezident İlham Əliyevin 20 illik fəaliyyətindən bəhs edən videoçarxa baxış keçirilib.

Çıxış edən natiqlər bildiriblər ki, bu gün hər bir azərbaycanlı dövlət başçısı İlham Əliyevin ətrafında yumruq kimi birləşərək növbəti möhtəşəm uğurlara doğru inamla addımlayır.
Cənab prezident İlham Əliyevin 20 illik uğurlarının zirvesinin başında ən əsasi Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası dayanır. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi siyasət Azərbaycan dövlətini daha qüdrətli, daha güclü etdib. Bu gün qüdrətli, güclü dövlətmizi qoruyub saxlamaq üçün bizə İlham Əliyev kimi güclü lider, prezident lazım olduğunu vurğulayıblar.

Ziyalılar seçicilərə bütün bu nailiyyətlərin, qələbələrin təminatçısı olan Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir