Kamran Əliyev: “Prezident və Birinci vitse-prezident Perinatal Mərkəzdəki hadisəni nəzarətə götürüblər”

Cəmiyyət


“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsini nəzarətə götürüblər”.

Oxu.Az xəbər verir ki, bunu hadisə yerinə gələn baş prokuror Kamran Əliyev deyib.

O əlavə edib ki, hadisə ölkə rəhbərliyinin nəzarətindədir. Faktla bağlı cinayət işi başlanıb.

Xatırladaq ki, yanvarın 9-da Respublika Perinatal Mərkəzində yanğın olub. Hadisədən sonra dörd uşağın meyiti aşkarlanıb.

İlhamə Əbülfət

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir