Nigeriyada üç şəhərlərarası avtobusa hücum edən terrorçular 45 nəfəri girov götürüblər.
Hadisə ölkənin cənub-şərqindəki Otukpo-Enuqu magistral yolunda (Benue ştatı) baş verib.
Girovluqdan yayına bilən digər avtobusun sürücüsü və sərnişinlərin sözlərinə görə, hücumçular pusquda olublar.
İlkin məlumatlara görə, hücum pul mükafatı almaq üçün həyata keçirilib.
Mənbə: TASS
www.icra-hakimiyyeti.az