İsveçrə “Qrasshopper” komandasının və Xorvatiya millisinin futbolçusu Mariya Markoviç sosial şəbəkə hesabında Kriştianu Ronaldu ilə görüşündən danışıb.
Məlumata görə, idmançı əvvəllər dəfələrlə “Ən-Nəsr”in hücumçusunu dəstəkləyib və futbolçu ilə görüşün arzusunda olduğunu bildirib. Onların görüşü baş tutub. Makroviç portuqaliyalı ilə görüşdən görüntüləri paylaşaraq onu öz kumiri adlandırıb.
Qeyd edək ki, Markoviçi dünyanın ən gözəl futbolçusu adlandırırlar.
Mənbə: gazeta.ru
www.icra-hakimiyyeti.az