“Ermənistanda siyasətçilərin Qarabağdakı Rusiya sülhməramlılarına qarşı ittihamları destruktiv xarakter daşıyır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı deyib. Onun sözlərinə görə, İrəvanda faktların təhrif olunmasına cəhd edilir.
“Biz bu bəyanatları görürük və destruktiv olduğunu düşünürük. Ən əsası isə bu bəyanatların həqiqətə uyğun olmadığını hesab edirik”, – deyə Zaxarova qeyd edib.
Mənbə: News.ru
www.icra-hakimiyyeti.az