Rusiyanın Saxalin vilayətini qar siklonu vurub. Regionda narıncı təhlükə səviyyəsi elan edilib.
Əlverişsiz hava şəraiti səbəbindən Cənubi Saxalin-Dolinsk avtomobil yolunda iki sərnişin avtobusu aşıb və xəndəyə uçub. Qarlı havaya görə dörd magistral yol bağlanıb.
Cənubi Saxalin hava limanı hava şəraiti və görmə məsafəsinin pisləşməsi səbəbindən 10-dan çox reysdə gecikmələr olduğunu açıqlayıb. Həmçinin altı eniş və altı uçuş reysi ləğv edilib.
“Hazırda uçuşlar təhlükəlidir və qeyri-mümkündür”, – deyə hava limanının idarəetmə mərkəzinin koordinasiya üzrə rəhbəri Mark Saxno bildirib.
Eyni zamanda, Təhsil Nazirliyi tərəfindən Cənubi Saxalin vilayətinin yeddi rayonunda məktəblilərin distant təhsilə keçirildiyi qeyd edilib.
Mənbə: RTVI
www.icra-hakimiyyeti.az