Almaniya 2024-cü ildə Ukraynaya 7 milyard avroluq hərbi yardım verəcək.
Bu barədə Almaniya Kansleri Olaf Şolts Co Baydenlə telefon danışığından sonra bildirib.
“Biz Prezident Baydenlə razılığa gəldik: Ukraynaya maliyyə, humanitar və hərbi dəstək verilməsinə davam etmək istəyirik. Bu gün mən ABŞ prezidenti ilə telefonla danışdım. Almaniya 2024-cü ildə hərbi mallar üçün 7 milyard avrodan çox vəsait ayıracaq”, – deyə Şolts qeyd edib.
Mənbə: UNIAN
www.icra-hakimiyyeti.az