Meksika parlamentinin nümayəndələri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçiriblər.
Oxu.Az-ın məlumatına görə, nümayəndələr ötən gün ərzində 10 seçki məntəqəsinə baş çəkiblər.
Parlamentin nümayəndə heyətinin rəhbəri Alberto Vilya Vilyeqas bildirib ki, Azərbaycanda seçki prosesi başa çatana qədər məntəqələrdə olublar:
“Seçki tam şəffaf təşkil olunmuşdu. Mənim üçün əsas məqamlardan biri o oldu ki, Azərbaycandakı seçki yüksək səviyyədə təşkil edilib”.
O qeyd edib ki, seçki prosesi zamanı Qarabağa baş çəkə bilməsə də, daha əvvəl Şuşada olub.
www.icra-hakimiyyeti.az