Həbsxanada ölən rusiyalı müxalifətçi Aleksey Navalnı martın 1-də dəfn olunacaq.
Oxu.Az-ın məlumatına görə, bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış özünün “X” hesabında yazıb.
Bildirilir ki, dəfn mərasimi Borisov qəbiristanlığında keçiriləcək.
Xatırladaq ki, fevralın 16-da Rusiyanın Yamalo-Nenetsk Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidməti Navalnının 3 saylı cəzaçəkmə koloniyasında ölməsi barədə məlumat yayıb. Məlumata görə, o, gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib, gələn həkimlər reanimasiya tədbirlərindən sonra onun öldüyünü müəyyən ediblər.
www.icra-hakimiyyeti.az