Vətəndaşların küçə və evlərin quş zılı ilə çirklənməsinə görə şikayətlərindən yorulan Limburq şəhərinin hakimiyyət orqanları orada yaşayan göyərçinləri məhv etməklə onların sayını azaltmaq qərarına gəliblər.
Lakin meriyanın iş planları qalmaqala səbəb olub, heyvan hüquqlarının müdafiəçiləri bu qərara qarşı çıxıblar. Onlar quşlardan əl çəkilməsini tələb ediblər və göyərçinlərin müdafiəsi üçün imza toplamağa başlayıblar.
Heyvan hüquqlarının müdafiəçiləri “Auqsburq modeli”nin tətbiqini təklif edirlər. Bu layihəyə əsasən, quşları öldürmək əvəzinə, müvəqqəti olaraq xüsusi otaqlarda saxlanılır, yumurtaları saxtaları ilə əvəzlənir. Bu doğum nəzarəti yavaş-yavaş quşların sayını azaldacaq.
Referendum iyunun 9-na planlaşdırılıb.
Mənbə: Kp.ru
www.icra-hakimiyyeti.az