Argentina parlamentinin qarşısında Prezident Xavyer Mileyin islahatları ilə bağlı etirazlar keçirilir.
Hazırda deputatlar hökumətin göndərdiyi qanun layihəsini müzakirə edirlər.
Nümayiş əvvəlcə dinc davam edib, ancaq bir qrup etirazçı küçəni qismən bağladıqdan sonra qarşıdurma yaranıb. Təhlükəsizlik qüvvələri nümayişçiləri yoldan sıxışdırmağa başlayıblar və bu zaman gözyaşardıcı qazdan istifadə edilib.
Aksiyalarla bağlı azı üç nəfərin saxlanıldığı bildirilir.
Mənbə: İz.ru
www.icra-hakimiyyeti.az