Növbədənkənar prezident seçkisində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.
APA-nın xəbərinə görə, saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 110 saylı Balakən Seçki Dairəsidir.
Bu seçki dairəsində seçici fəallığı 28,50% (48 990 seçicidən 13 962 nəfər) olub.
Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı Nərimanov Birinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 11,72% (54 953 seçicidən 6 438 nəfər) olub.
Qeyd edək ki, prezident seçkisində saat 10:00-dək olan seçici fəallığı 19,44% olub. Səsvermə hüququna malik 6 478 840 seçicidən bu saatadək 1 259 371 nəfəri səs verib.
www.icra-hakimiyyeti.az