Trendyol Super Liqasının 26-cı həftəsində “Beşiktaş” “Konyaspor”la qarşılaşıb.
Oxu.az xəbər verir ki, oyun Tüpraş Stadionunda baş tutub. Matçda Tuqay Kaan Numanoğlu fit çalıb. “Beşiktaş” “Konyaspor”u 2:0 hesabı ilə məğlub edib.
“Beşiktaş”ın qollarını 49-cu dəqiqədə Semih Kılıçsoy və 71-ci dəqiqədə Cenk Tosun vurub.
Bu nəticədən sonra “Beşiktaş” xallarını 43-ə yüksəldib, “Konyaspor” isə 25 xalda qalıb.
www.icra-hakimiyyeti.az