Türkiyənin “Beşiktaş” klubu 21 yaşlı yarımmüdafiəçi Emirhan Delibaşın tanışlıq saytında hesabı olduğu üçün onunla bağladığı müqaviləyə xitam verib.
Qeyd olunub ki, azarkeşlər sevimli komandasının oyunçusunun davranışından narazı qalıblar. İdmançı “Tinder”də hesab açıb. O, profilində “Beşiktaş”ın peşəkar futbolçusu olduğunu qeyd edib və klubun köynəyində fotosunu yerləşdirib.
Xatırladaq ki, Delibaş “Beşiktaş”ın məzunudur. Bu mövsüm o, komandanın iki oyununda iştirak edib.
Artıq futbolçunun gedişi “Beşiktaş”ın rəsmi saytında da təsdiqlənib.
“Peşəkar futbolçu Emirhan Dəlibaşla qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Emirhan Delibaşa gələcək karyerasında uğurlar arzulayırıq”, – deyə məlumatda bildirilib.
Futbolçunun özü ona böhtan atıldığını və tanışlıq saytındakı hesabının saxta olduğunu bildirib.
Mənbə: sporx.com
www.icra-hakimiyyeti.az