Çində Ay təqvimi üzrə yeni il fevralın 10-a keçən gecə (fevralın 9-u, Bakı vaxtı ilə saat 20:00-da – red.) başlayıb. Bu ilin zodiakı olan Yaşıl Taxta Əjdaha Qara Su Dovşanını əvəz edib.
Bürcün atributları Çin xronologiyasının dövri sistemi ilə əlaqələndirilir, burada ilin simvolu bu və ya digər əsas elementə (od, su, ağac, metal və torpaq) və rəngə (qırmızı, qara, yaşıl, ağ və sarı) uyğun gəlir.
Dövr hər 60 ildən bir təkrarlanır və sonuncu dəfə Yaşıl Taxta Əjdaha ili 1964-cü ildə olmuşdu.
Mənbə: TASS
www.icra-hakimiyyeti.az