“Formula-1” üzrə dünya çempionatında Böyük Britaniyanı təmsil edən “Aston Martin” komandası 2024-cü il mövsümü üçün hazırladığı bolidi ictimaiyyətə göstərib. İdman avtomobili (bolid) “AMR24” indeksini alıb.
Ötən mövsümdə “Aston Martin” komandası 280 xal toplayaraq Mühəndislər Kubokunda beşinci yeri tutub. Kuboku isə Avstriyanın “Red Bull” yarış komandası qazanıb.
Məlumata görə, 2024-cü ildə “Aston Martin” komandasının sürücü heyəti 2023-cü ildəki kimi olacaq: ispan Fernando Alonso və kanadalı Lens Stroll komandanın şərəfini qoruyacaqlar.
Mənbə: Championat.com
www.icra-hakimiyyeti.az