Gəncədə ata və qızı bıçaqlanıblar.
“Report”un məlumatına görə, hadisə Gəncədə yerləşən məcburi köçkünlər üçün qəsəbədə qeydə alınıb.
Bıçaqlanan şəxslər 1997-ci il təvəllüdlü A.Mirzəyeva və 1974-cü il təvəllüdlü Z.Əliyev xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, hadisəni törətməkdə 1997-ci il təvəllüdlü Kəlbəcər rayon sakini M.Mirzəyev şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.
www.icra-hakimiyyeti.az