Gəncədə kanalizasiya quyularından daşan sular yolu yararsız hala saldı – VİDEO

Cəmiyyət


Gəncənin beşinci mikrorayon yaşayış massivində yüzlərlə sakini olan küçədə yollar aylardır ki, qurumur.

Xezerxeber.az-ın məlumatına görə, kanalizasiya quyularından daşan sular yolu yararsız vəziyyətə salıb.

Daşan çirkab sularının yaratdığı problem təkcə yola ziyan vurmaqla yekunlaşmır.

Mövcud problem ərazi üzrə fəaliyyət göstərən ictimai nəqliyyatın sürücülərini də narahat edir. 

Qeyd edək ki, hazırda Gəncədə su-kanalizasiya xətlərinin yenilənməsi layihəsi davam etdirilir. İşlər başa çatdırıldıqdan sonra sözügedən ərazidə də yolların təmiri nəzərdə tutulub.

Ətraflı süjetdə:

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir