Macarıstan parlamentinin növbədənkənar iclasında İsveçin NATO-ya daxil olması ilə bağlı sazişin ratifikasiyası üzrə səsvermə baş tutmayıb. Parlamentin sədr müavini Şandor Lejakın verdiyi məlumata görə, iclasda yetərsay olmayıb.
Belə ki, parlament mandatlarının əksəriyyətinə malik olan hakim partiya FİDES – Macarıstan Vətəndaş Birliyinin fraksiyası yalnız müxalifət partiyalarının nümayəndələrinin iştirak etdiyi iclasa qatılmaqdan imtina edib. Parlamentin saytında yayımlanan tədbirdə 199 deputatdan cəmi 51-i iştirak edib.
Nəticədə, müxalifətin təklifi ilə İsveç ərizəsinin ratifikasiyası ilə yanaşı, evtanaziyanın leqallaşdırılması və akkumulyator zavodları haqqında qanun layihələrinin də daxil olduğu gündəliyi belə təsdiq olunmayıb.
Mənbə: TASS
www.icra-hakimiyyeti.az