Lənkəranda qəzalı dirək problemi həll olundu – FOTO

Cəmiyyət


Lənkəran şəhəri Mirzə Məhəmmədhüseyn Axundzadə küçəsindəki naqillərin bərkidildiyi dirəklə bağlı problem aradan qaldırılıb.

Bu barədə ərazidə yaranan təhlükəli vəziyyətlə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Lənkəran Rayon İcra Hakimiyyətindən bildirilib.

“Sözügedən internet xətləri özəl provayderə məxsusdur. Rəhbərliklə əlaqə saxladıq. Məlumat verdik ki, dirək qəzalı vəziyyətdədir. Problem aradan qaldırıldı”.

Xatırladaq ki, Lənkəran şəhəri Mirzə Məhəmmədhüseyn Axundzadə küçəsindəki naqilləri saxlayan dəmir dirək yola doğru əyilərək hər an aşmaq təhlükəsi qarşısında idi.

Nəzrin Vahid

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir